Ermənistan Silahlı Qüvvələrinin hərbi nəqliyyat vasitələri və canlı qüvvəsi məhv edilib - VİDEO

Ermənistan Silahlı Qüvvələrinin hərbi nəqliyyat vasitələri və canlı qüvvəsi məhv edilib - VİDEO Müdafiə Nazirliyi: "Canlı qüvvə itirən ermənilər törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir"
Qarabağ
5 Mart , 2016 13:14
Ermənistan Silahlı Qüvvələrinin hərbi nəqliyyat vasitələri və canlı qüvvəsi məhv edilib - VİDEO

Bakı. 5 mart. REPORT.AZ/ Martın 4-də qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endirib. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən ermənilər törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir.

"Ermənilərin istənilən təxribat cəhdi, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulması Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq, düşmənin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcəkdir", - deyə Müdafiə Nazirliyi xəbərdar edir. 

Son xəbərlər

Orphus sistemi