Yuxarı
    Bağlamaq

    Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrinin qərargahına cavab zərbəsi endirilib - VİDEO

    Erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır

    Bakı. 2 mart. REPORT.AZ/ Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.
    Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi