Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki video-müşahidə vasitəsi ələ keçirilib

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki video-müşahidə vasitəsi ələ keçirilib Qurğunun kustar üsulla hazırlandığı müəyyən edilib
Qarabağ
31 May , 2017 18:30
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki video-müşahidə vasitəsi ələ keçirilib
Mod.gov.az

Bakı. 31 may. REPORT.AZ/ Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir video-müşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi