Yuxarı
    Bağlamaq

    Ermənistan silahlı bölmələri yenə atəşkəsi pozub

    Onların Çinari kəndində yerləşən mövqelərindən Tovuz rayonu Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub

    Bakı. 16 oktyabr. REPORT.AZ/Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.

    "Report" xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    İnformasiyaya əsasən, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonu Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi