​Ermənistan silahlı bölmələri atəşkəs rejimini 36 dəfə pozub

​Ermənistan silahlı bölmələri atəşkəs rejimini 36 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
5 Aprel , 2015 13:31
​Ermənistan silahlı bölmələri atəşkəs rejimini 36 dəfə pozub

Bakı. 5 aprel. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

"Report" Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Mərzili, Cəvahirli, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi