​Ermənistan prezidenti: "Qarabağda tammiqyaslı müharibə başlaya bilər"

​Ermənistan prezidenti: "Qarabağda tammiqyaslı müharibə başlaya bilər" Sarqsyan bu fikri ATƏT ölkələrinin səfirləri ilə görüşündə bildirib
Qarabağ
5 Aprel , 2016 06:00
​Ermənistan prezidenti: Qarabağda tammiqyaslı müharibə başlaya bilər

Bakı. 5 aprel. REPORT.AZ/ "Qarabağda tammiqyaslı müharibə başlaya bilər".

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bunu ATƏT ölkələrinin səfirləri ilə keçirilən görüş zamanı Serj Sarqsyan bildirib.

Onun fikrincə, əgər bu baş verərsə, o zaman təkcə Cənubi Qafqaz ölkələrinə deyil, həmçinin Avropanın təhlükəsizliyinə də təsir edəcək.

"Döyüş əməliyyatlarının getdikcə şiddətlənməsi geniş miqyaslı müharibəyədək arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bunun təkcə Cənubi Qafqazın təhlükəsizlik və stabilliyi üçün deyil, həm də bütün Avropa regionu üçün nəticələri olacaq", - deyə Ermənistan prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi