Ermənistan prezidenti Dağlıq Qarabağda vəziyyətin daha da gərginləşməyəcəyinə ümid edir

Ermənistan prezidenti Dağlıq Qarabağda vəziyyətin daha da gərginləşməyəcəyinə ümid edir Bakı. 29 aprel. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyan ümid edir ki, ölkəsindəki mürəkkəb daxili siyasi şəraitin mövcudluğu dövründə Dağlıq Qarabağda vəziyyət daha da gərginləşməyəcək.
Qarabağ
29 Aprel , 2018 23:51
Ermənistan prezidenti Dağlıq Qarabağda vəziyyətin daha da gərginləşməyəcəyinə ümid edir

Bakı. 29 aprel. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyan ümid edir ki, ölkəsindəki mürəkkəb daxili siyasi şəraitin mövcudluğu dövründə Dağlıq Qarabağda vəziyyət daha da gərginləşməyəcək.

"Report" xəbər verir ki, bu barədə o, "Belarus 1" telekanalına müsahibəsində bildirib.

Ermənistan prezidenti etiraf edib ki, ölkədə daxili siyasi şərait mürəkkəbdir. Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın bir sıra mətbuat orqanları guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə yalan məlumatlar yayıblar.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi buna cavabında Ermənistanın kriminal rejiminin diqqəti kütləvi etirazlardan yayındırmaq üçün yalan məlumatlar yaydığını bəyan edib. 

Son xəbərlər

Orphus sistemi