Bakı. 14 iyun. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şeffer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
Görüş zamanı A.Sarkisyan qeyd edib ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində ölkənin baş nazirinin və xarici işlər nazirinin apardığı danışıqlar prosesinə sadiqdir və münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.