Bakı. 8 dekabr. REPORT.AZ/ Ermənistan parlamentinin üzvləri dekabrın 8-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin Mətbuat xidməti məlumat yayıb.
Qarabağa gələn nümayəndə heyətinə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan başçılıq edir.