Ermənistan ordusunun zabiti təqiblərə məruz qalıb

Ermənistan ordusunun zabiti təqiblərə məruz qalıb Buna səbəb hərbi hissədə baş verən neqativ hallar, özbaşınalıqlar və ölüm hadisələri barədə öz fikirlərini bölüşməsi olub
Qarabağ
1 Sentyabr , 2017 12:08
Ermənistan ordusunun zabiti təqiblərə məruz qalıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ İşğalçı Ermənistan silahlı qüvvələrinin Madagizdə yerləşən 33651 nömrəli hərbi hissəsinin zabiti, kapitan Edik Poqosyan xidmətdə rastlaşdığı problemlər, Ermənistan ordusunda olan cinayətlər, yüksək vəzifəli hərbçilərin özbaşınalığı haqqında sosial şəbəkələrdə paylaşmalar etdiyinə görə təqiblərə məruz qalıb.

“Report”un xəbərinə görə, aktiv sosial şəbəkə istifadəçisi olan kapitan Poqosyan xidmət etdiyi hərbi hissədə baş verən neqativ hallar, özbaşınalıqlar və ölüm hadisələri barədə öz fikirlərini bölüşüb. Bundan sonra o, komandanlıq tərəfindən təzyiqlərə məruz qalıb. Haqsızlıqlara dözməyən Ermənistan ordusunun kapitanı qaçıb canını qurtarmağa qərar verib. İlk cəhddən sonra valideynlərinin köməyi ilə hərbi hissəyə qaytarılan zabit yenə də böyük çətinliklər və təhqirlərlə üzləşdiyindən xidmət yerini yenidən tərk edib.

Hadisə ilə bağlı kapitan E. Poqosyan barəsində cinayət işi açılıb və axtarış elan edilib. İstintaq davam edir.

Son xəbərlər

Orphus sistemi