​Ermənistan ordusunun öz həmkarını öldürən hərbçisi tutulub

​Ermənistan ordusunun öz həmkarını öldürən hərbçisi tutulub Bu maddə üzrə ittiham olunanlara 4 ildən 8 ilədək iş kəsilir
Qarabağ
6 İyun , 2016 09:49
​Ermənistan ordusunun öz həmkarını öldürən hərbçisi tutulub

Bakı. 6 iyun . REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki Ermənistan ordusunun hərbçisi, 1997-ci il təvəllüdlü Xoren Arutyunyanı odlu silahla yaralayan əsgər həbs edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İnformasiyaya görə, həbs edilən müddətli hərbçi Xaçatryan soyadlı kiçik çavuşdur. O, öz hərbçi həmkarını odlu silahdan açdığı atəş nəticəsində yaralayıb. Bir müddət sonra Arutyunyan ölüb.

Hadisə ilə bağlı "silahla ehtiyatsız davranmanın ölümlə nəticələnməsi" maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə ittiham olunanlara 4 ildən 8 ilədək iş kəsilir.

Son xəbərlər

Orphus sistemi