Ermənistan Ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər

Ermənistan Ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər Hərbçilərlə bağlı axtarış və istintaq tədbirləri aparılır
Qarabağ
25 Oktyabr , 2017 16:48
Ermənistan Ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ermənistan ordusunda hökm sürən qanunsuzluqlardan təngə gələn hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər.

"Report"un məlumatına görə, bu günlərdə hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.

Eyni zamanda məlumatda Ağdərə istiqamətində yerləşən işğalçı ordunun zabitləri baş leytenant Ara Mezlaxanyan (hərbi xidmətə Gexarkunuk vilayətinin Çəmbərək rayonundan çağırılıb) və taqım komandiri Hayk Martirosyanın da xidmətdən yayınmaq məqsədilə hərbi hissəyə qayıtmadıqları bildirilir.

Xidmətdən yayınan hərbçilərlə bağlı axtarış və istintaq tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi