Yuxarı
    Bağlamaq

    Ermənistan ordusunun daha bir əsgəri minaya düşüb

    Həkimlər onun vəziyyətini ağır sabit kimi qiymətləndirirlər

    Bakı. 12 dekabr. REPORT.AZ/ Ermənistan ordusunun daha bir əsgəri mina partlayışından yaralanıb.

    "Report" "news.am"a istinadan xəbər verir ki, hadisə dekabrın 11-də ön xətt mövqelərində baş verib. 

    Partlayış nəticəsində döyüş növbətçiliyi aparan Ermənistan ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Artur Qariki Danielyan yaralanıb. 

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Arcrun Hovannisyan məlumatı təsdiq edib. Hazırda hərbi qulluqçu Berd hərbi hospitalında müalicə olunur. Həkimlər onun vəziyyətini ağır sabit kimi qiymətləndirirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi