​Ermənistan ordusunun bir hərbçisi zərərsizləşdirilib

​Ermənistan ordusunun bir hərbçisi zərərsizləşdirilib Düşmən Xocavənd istiqamətində təxribata əl atıb
Qarabağ
1 May , 2016 10:17
​Ermənistan ordusunun bir hərbçisi zərərsizləşdirilib

Bakı. 1 May. REPORT.AZ/ Ermənistan silahlı qüvvələri aprelin 30-dan mayın 1-nə keçən gecə təmas xəttində növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Atəşkəsin pozulması zamanı düşmən tərəfi 1 canlı qüvvəsini itirib. Bu, 1991-ci il təvəllüdlü hərbçi Aşot Şavarşeviç Zohrabyandır.

"Report" erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmən əsgəri gecə saatlarında Xocavənd istiqamətində gedən döyüşlər zamanı zərərsizləşdirilib.

Bundan əvvəl Azərbaycanın Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozması barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi