Yuxarı
    Bağlamaq

    Ermənistan ordusunda intihar halları artıb

    Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər

    Bakı. 30 oktyabr. REPORT.AZ/ İşğal edilən Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusundakı acınacaqlı vəziyyətə dözməyərək xidmətdən yayınmaq məqsədilə hərbi qulluqçuların özlərinə xəsarət yetirmələri və qəsd etmələri hallarının sayı xeyli çoxalıb.

    "Report" xəbər verir ki, bir neçə gün əvvəl hərbi qulluqçu Rafael Hakopyan özünə qəsd etmək məqsədilə qolunu kəsici alətlə doğrayıb.

    Hadrut rayonunun Draxtik yaşayış məntəqəsində xidmət edən əsgər Soso Davityan isə əllərinə ağır xəsarət yetirib. Hər iki hərbçi hospitala yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. 

    Digər bir hadisə isə hərbi qulluqçu Aram Gevorkyan tərəfindən törədilib. Uzun müddət dəyişilmədən daim döyüş mövqeyində saxlanılan A.Gevorkyan özünə odlu silahla xəsarət yetirməyə cəhd göstərib. Hərbi qulluqçu barəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Bununla belə döyüş növbəsinə təyin edilməsi üçün şəxsi heyət çatışmadığından onu yenə də ön xətdəki mövqeyə təyin ediblər.

    Son hadisə zamanı isə əsgər Karen Avetisyan ağır xidməti şəraitə tab gətirməyərək intihar etməyə məcbur olub.

    Ermənistan ordusunda qısa müddətdə ölüm hallarının çoxalması əsgər valideynlərinin kəskin etirazlarına səbəb olmaqla yanaşı ümumilikdə erməni cəmiyyətində narazılıq və inamsızlığın artmasına zəmin yaradır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi