Ermənistan döyüş pilotsuz uçuş aparatından istifadə edib, Azərbaycanın hərbi qulluqçusu yaralanıb

Ermənistan döyüş pilotsuz uçuş aparatından istifadə edib, Azərbaycanın hərbi qulluqçusu yaralanıb Əsgər Muraz Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur
Qarabağ
25 İyul , 2017 15:14

Bakı. 25 iyul. REPORT.AZ/ Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından (PUA) istifadə ediblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb. Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur. Təxribatın qarşısının alınması məqsədi ilə tədbirlər görülür", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi