Yuxarı
    Bağlamaq

    Ermənistan ilin əvvəlindən Qarabağ münaqişəsi zonasında 15 hərbçisini itirib

    Onlardan 3-ü ermənilərin Azərbaycanın mövqelərini atəşə tutduğu zaman ölüb

    Bakı. 5 aprel. REPORT.AZ/ 2018-ci ilin əvvəlindən Ermənistan silahlı qüvvələrində xidmət zamanı 9 ölüm faktı qeydə alınıb. Ötən ilin analoji dövründə bu rəqəm 17 nəfər təşkil edib.

    "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan deyib.

    Onun sözlərinə görə, daha 3 hərbçi ermənilərin təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğu zaman, 1-i intihar edərək, digər 2-si xəstəlikdən ölüb.

    Düşmənin daha 3 hərbçisi isə yol qəzası, bədbəxt hadisə və xidmət qaydalarının pozulması nəticəsində ölüb.

    Göstərilən dövr ərzində qətl hadisəsi baş verməyib.

    Bununla yanaşı daha 6 əsgər hərbi xidmətə aid olmayan şəraitdə həyatını itirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi