Yuxarı

Gürcüstan tarixçiləri: "​Ermənistan bölgədə münaqişə ocaqlarının yaranmasında mühüm rol oynayır"

Azərbaycanın və Gürcüstanın gənclər təşkilatlarının, tarixçi alimlərinin, siyasətçilərinin iştirakı ilə beynəlxalq konfrans keçirilə bilər

Azərbaycanın və Gürcüstanın gənclər təşkilatlarının, tarixçi alimlərinin, siyasətçilərinin iştirakı ilə may ayında beynəlxalq konfrans keçirmək planlaşdırılır

Tbilisi. 7 mart. REPORT.AZ/ Bu gün Cənubi Qafqazın iki aparıcı ölkəsi olan Gürcüstan və Azərbaycanın əraziləri işğal olunub. Xarici qüvvələrin təsiri altında olan və bəzi ölkələrin əlində bir vasitə olan Ermənistan bu bölgədə münaqişə ocaqlarının yaranmasında mühüm rol oynayır.

"Report" xəbər verir ki, bu fikirlər Gürcüstan Beynəlxalq Akademiyasında “Gənclər separatizmə və işğala qarşı” mövzusunda keçirilən “dəyirmi masa”da səslənib.

Gürcüstanın İslahatçı Gənclər Alyansının təşəbbüsü ilə keçirilən tədbirdə bu ölkənin müxtəlif universitetlərinin tarixçi alimləri, gürcü və azərbaycanlı tələbələr iştirak ediblər.

Alyansın idarə heyətinin rəhbəri Daçi Kitaya bildirib ki, tədbirin əsas məqsədi gənclərin diqqətini bu məsələlərə cəlb etmək, onların bu problemlərin həlli ilə bağlı fikirlərini öyrənməkdir.

Tarixçi alim Edişet Qvenetadze, hüquqşünas Giorgi Qabriçidze, Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi, hüquqşünas Əli Bədirov, “Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov, tələbə Luka Kvirkvia və başqaları çıxış edərək Cənubi Qafqazdakı münaqişə ocaqları barədə danışıblar. Bildirilib ki, bəzi qüvvələr Azərbaycanın və Gürcüstanın müstəqil dövlət kimi inkişafını güclü olmasını istəmirlər:. Ona görə də erməni millətçilərinin əli ilə Azərbaycan və Gürcüstan ərazilərində qanlı aksiyalar törədilir, bizi zorla münaqişəyə cəlb edirlər. Çıxış edənlər erməni millətçilərinin Abxaziyada, Dağlıq Qarabağda törətdikləri terror aksiyaları, qanlı vəhşiliklər və soyqırımları barədə ətraflı məlumat veriblər.

Sonda Gürcüstanın və Azərbaycanın gənclər təşkilatlarının, eləcə də beynəlxalq qurumların, hüquq müdafiəçilərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi barədə razılıq əldə olunub.

Daçi Kitaya "Report"a müsahibəsində deyib ki, Azərbaycanın və Gürcüstanın gənclər təşkilatlarının, tarixçi alimlərinin, siyasətçilərinin iştirakı ilə may ayında beynəlxalq konfrans keçirmək planlaşdırılır: "Biz bu tədbirimizə türkiyəli gəncləri də dəvət etmək niyyətindəyik. Eləcə də fikirləşirik ki, digər millətlərin sülhsevər gəncləri də bizim sıralarımıza qatıla bilərlər. Bizim ölkələrdə sabitlik yaranmadan xoşbəxt gələcəkdən danışmaq olmaz. Biz gənclər birləşməli, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsinə, soyqırımı və digər ağır cinayətlər törətmiş millətçilərin layiq olduqları cəzalarını almalarına çalışmalıyıq. Birlik olmadan sülh və əmin-amanlıq da olmayacaq. Bu bizim şüarımızdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi