İşçi qrupunun üzvü: "Ermənistan Azərbaycana 400 milyard dollardan çox ziyan vurub"

İşçi qrupunun üzvü: "Ermənistan Azərbaycana 400 milyard dollardan çox ziyan vurub" "Azərbaycanın itkiləri düşmən təcavüzü davam etdiyi müddətdə ilbəil artmaqda davam edir"
Qarabağ
3 Fevral , 2015 11:41
İşçi qrupunun üzvü: Ermənistan Azərbaycana 400 milyard dollardan çox ziyan vurub

Bakı. 3 fevral. REPORT.AZ/ "Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard ABŞ dolları, əhalinin mülkiyyətinə dəyən zərər isə 55,4 milyard ABŞ dolları təşkil edib".

"Report" xəbər verir ki, bu barədə qiymətləndirmə üzrə ekspert, Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi qrupunun üzvü Nüsrət İbrahimov "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsi reallıqları" mövzusunda konfransda deyib.

N.İbrahimov əlavə edib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərlərin dəyəri isə 190 milyard ABŞ dollarından artıq olacağı heç kəsdə şübhə doğurmur.

N.İbrahimov qeyd edib ki, Azərbaycanın itkiləri düşmən təcavüzü davam etdiyi müddətdə ilbəil artmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi