Yuxarı
    Bağlamaq

    Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib

    Bakı. 22 yanvar. REPORT.AZ/ Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin növbəti iclası keçirilib.

    Bu barədə “Report”a Sülh Platformasının mətbuat xidmətindən məlumat verilib.

    Görüş Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri Rövşən Rzayevın başçılığı altında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində "dəyirmi masa" formatında keçirilib. İclasda İdarə Heyatinin üzvləri Kamil Səlimov, Rizvan Hüseynov, Ümid Mirzəyev, Rövşən Rzayev, Novella Cəfərova, iclasa onlayn şəklində qatılan Rimma Sarkisova, Oksana Altunyan, Sergey Simanovskiy, Erik Xaçaturov, Selin Şənocaq, eləcə də Vətəndaş Sülh Platformasının Katibliyin koordinatoru Dilarə Əfəndiyeva və İctimaiyyətlə Əlaqələr üzrə menecer Kənan Zülfüqarov iştirak ediblər.

    Görüş iştirakçıları 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisələrdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək, bu faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı veriblər.

    İclasda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Təsis Qurultayına həsr olunmuş videomaterialların izlənməsi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının qeydiyyatı, qəbul edilmiş ərizələrin müzakirəsi və yeni üzvlərin qəbul edilməsi məsələləri müzakirə edilib, eləcə də, bir sıra aktual məsələlər həll olunaraq gələcək işlərin perspektivlərində öz əksini tapıb.

    Professor Kamil Səlimov Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının fəaliyyəti ilə bağlı konkret təkliflərlə çıxış edib. İdarə Heyəti bu təklifləri gələcək iş planına daxil etməyi qərara alıb. Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvlüyünə Aleksey Frantskeviçin ("Asociace Pro Modernizace". Çexiya) namizədliyinə baxılaraq təsdiq olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi