Yuxarı
    Bağlamaq

    Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Paşinyanın arvadının təşəbbüsü ilə bağlı bəyanat yayıb

    Dinlə
    © Getty Images — Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan

    Bakı. 27 iyul. REPORT.AZ/ Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü "Qadınlar Sülh Naminə" kampaniyasıının başlanması ilə bağlı Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bəyanat yayıb. 

    Platformadan "Report"a daxil olan bəyanat deyilir:

    "Ermənistanın Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Moskva səfəri zamanı "Qadınlar Sülh Naminə" kampaniyasının təşəbbüsünü irəli sürdüyünü bəyan etdi.

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ictimai dəstəyini təşkil edən və iki xalq arasında davamlı sülühn və barışın yaradılması məqsədi olan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin sülh yolu ilə həlli və davamlı sülhün qruluması prosesində qadın rolunu yüksək qiymətləndirir və təhlükəsizliyin, bərpa və barışığını təmini hesab edir və silahlı münaqişələrin həlli, qarşısının alınması, nizamlanması və münaqişədən sonrakı sülh quruculuğunun bütün proseslərində qadınların fəal iştirakını təmin etməyə çağırır.

    Hər hansı sülhməramlı təşəbbüs - döyüşlərin dayandırılması, həyatın xilası, ərazi bütövlüyünün təmini, qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərə qaytarılması, onların təhlükəsizliyini və normal yaşayış şəraitinin təmin edilməsi - ali humanitar məqsədlərə dəstək olur. Biz sabit və ədalətli sülhün bərqərar olmasını Cənubi Qafqaz regionunun stabilliyinin aksioması kimi qəbul edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyirik.

    Biz, xanım Anna Akopyanın uzun müddət davam edən münaqişə nəticəsində xalqlarımızın qarşılaşdığı təhlükə ilə əlaqədar hiss etdiyi ağrıları və göstərdiyi qayğılarını bölüşürük və xalqlarımız arasında sülh və xoş qonşuluğun bərpası üçün birgə səy göstərməyə çağırırıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi