Yuxarı
    Bağlamaq

    "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması" Minsk qrupunun tərkibində məşvərətçi mandata malik olmaq istəyir

    Platforma Minsk qrupunun həmsədrlərinə müraciət edib

    Bakı. 31 oktyabr. REPORT.AZ/ "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması" ATƏT-in Minsk qrupunun (MQ) həmsədrlərindən MQ-nin tərkibində Platformanın məşvərətçi mandata malik olması məsələsinə baxılmasını xahiş edib.

    "Report"un məlumatına görə, bu barədə Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının I Qurultayının iştirakçılarının ATƏT-in Minsk qrupunun həmsədrlərinə ünvanladığı müraciətdə deyilir.

    "Siz, Dağlıq Qarabağ münaqişəsinin həlli, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması və tərəflər arasında danışıqlar prosesinin davamı üçün ciddi cəhdlər etmiş və istiqamətdə işlərinizi davam etdirirsiniz. Təssüflər olsun ki, keçən 25 il ərzində görülən tədbirlərəvə aparılan danışıqlara baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına hələki nail olmaq mümkün olmayıb. Bu cür vəziyyətin səbəbləri çoxdur və onlardan biri də, Ermənistanın və Azərbaycanın QHT-lərinin və vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin nə bir-biri ilə, nə də dövlət qurumları ilə əməkdaşlığınınlazımi səviyyədə olmamasıdır", - müraciətdə bildirilib.

    Əlavə olunub ki, Platformanı narahat edən xeyli insan itkilərinə səbəb olan atəşkəs rejiminin sistemli pozulmasıdır: "Bununla bərabər, biz bu pozuntuların genişmiqyaslı hərbi əməliyyatlara keçmə ehtimalından çox narahatıq.

    Yuxarıda qeyd olunanlardan çıxış edərək, biz "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması" olaraq münaqişənin həllinə töhfə verə biləcək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və bu çətin sülh quruculuğu prosesindəsizlərə yardımçı olmaq məsuliyyətini və ehtiyacını hiss edirik.

    Biz əminik ki, ATƏT-in Minks Qrupunun həmsədrlərinin Vətəndaş Cəmiyyətiinstitutları və Sülh Platforması ilə yaxından əməkdaşlığı 25 il davam edən münaqişəyə son qoymağa, erməni və Azərbayvan xalqı arasında inam və etimadın bərpa olunmasına və insan itkilərinin qarşısını alınmasına mühim töhvə vermiş olacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi