Yuxarı
    Bağlamaq

    Ermənistan-Azərbaycan Sülh Platformasının Ukrayna üzrə sülh səfiri təyin olunub

    Tatyana Krupa Dağlıq Qarabağ ətrafında münaqişənin bu günə qədər həll olunmaması ilə bağlı narahatlığını bildirib

    Bakı. 23 may. REPORT.AZ/ Ermənistan-Azərbaycan Sülh Platformasının Azərbaycandan olan həmkoordinatoru Orxan Nəbiyevlə Sülh Platformasının üzvü olan ukraynalı alim və ictimai xadim Tatyana Krupa arasında görüş keçirilib. 

    Sülh Platformasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Sülh Platformasının gələcək planları müzakirə olunub.

    Orxan Nəbiyev Ermənistan-Azərbaycan Sülh Platforması ilə əməkdaşlığa görə qonağa öz minnətdarlığını bildirib, Sülh Platformasının gələcək planları haqqında daha ətraflı məlumat verdi. Görüş zamanı Sülh Platforması ilə ümumi əməkdaşlığına dair razılıq əldə olunub.

    Tatyana Krupa “İnsanlar bir-birini öldürməməlidilər. Dünyada ən vacib varlıq İnsan həyatıdır. Bir tarixçi kimi bunu demək istəyirəm ki, tarix insanları bölməməlidir, çünkü bu tarix ümumbəşər tarixdir” deyərək Dağlıq Qarabağ ətrafında münaqişənin bu günə qədər həll olunmaması ilə bağlı narahatlığını bildirib.

    Həmçinin, Tatyana Krupa sülh quruculuğu işlərini çox vacib sayaraq, bu sahədə öz imkanlarını səfərbər etməsinə söz verib.

    Görüşün sonunda Orxan Nəbiyev Tatyana Krupanı Ermənistan-Azərbaycan Sülh Platformasının Ukrayna üzrə sülh səfiri elan edərək onu sertifikatla təltif edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi