Ermənistan-Azərbaycan Sülh Platforması Avropanın ən böyük İqtisadi Forumunda iştirak edir

Ermənistan-Azərbaycan Sülh Platforması Avropanın ən böyük İqtisadi Forumunda iştirak edir Onların plenar sessiyalarda çıxışları və bir sıra görüşləri nəzərdə tutulub
Qarabağ
6 Sentyabr , 2017 13:35
Ermənistan-Azərbaycan Sülh Platforması Avropanın ən böyük İqtisadi Forumunda iştirak edir

Bakı. 6 sentyabr. REPORT.AZ/ Ermənistan-Azərbaycan Sülh Platforması Avropanın ən böyük İqtisadi Forumunda iştirak edir Ermənistan-Azərbaycan Sülh Platforması 5-7 sentyabr tarixlərində Polşanın Krinitsa şəhərində keçirilən 27-ci İqtisadi Forumunda iştirak edir. 

Bu barədə “Report”a Platformanın mətbuat xidmətindən məlumat verilib.

Forumda Sülh Platformasını Platofrmanın Azərbaycandan olan həmkoordinatoru Orxan Nəbiyev və Sülh Platfromasının həmtəsisçisi olan Vahe Avetiyan təmsil edir. Onların plenar sessiyalarda çıxışları və bir sıra görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Krinitsa İqtisadi Forumunun əsası 1992-ci ildə qoyulub. Forum hər il sentyabr ayının ilk yarısında Polşanın kurort şəhəri Krinitsa-Zdroj şəhərində keçirilir. Forumda Mərkəzi və Şərqi Avropanın iqtisadi və siyasi elitasının nümayəndələrin iştirak edir. Bu il Forumun açılışında Polşanın prezidenti Anjey Duda, Makedoniyanın prezidenti George İvanov və Gürcüstanın Prezidenti Gerogi Marqvelaşvili iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi