Yuxarı

Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin sayı açıqlanıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3 811 nəfər qeydiyyata alınıb

Bakı. 5 iyul. REPORT.AZ/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3 811 nəfər itkin düşüb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından “Report”a verilən xəbərə görə, qeydiyyata alınan həmin şəxslərdən 3 098 nəfəri hərbçilər, 713-ü mülki şəxslər, o cümlədən 61-i (20 nəfər qız, 41 nəfər oğlan) uşaqlar, 255-i qadınlar, 304-ü isə (158 nəfər qadın) qocalardır.

Bundan başqa, 877 nəfərin əsir-girov götürülməsi barədə məlumatlar daxil olub. Onlardan 595-i hərbçilər, 282-si mülki şəxslər, eləcə də 27-si (7 nəfər qız, 20 nəfər oğlan) uşaqlar, 99-u qadınlar, 114-ü isə (65 nəfər qadın) qocalardır.

Eyni zamanda, əsir və girovluqdan azad edilən şəxslərin sayı isə 1 436 nəfərdir. Onlardan 351-i hərbçilər, 1 085-i mülki şəxslər, eləcə də 210-u (74 nəfər qız, 136 nəfər oğlan) uşaqlar, 341-i qadınlar, 258-i isə (108 nəfər qadın) qocalardır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatından keçən itkin düşmüş şəxslərdən 3734 nəfəri Azərbaycan tərəfindən, 780 nəfəri isə erməni tərəfindəndir.                                                                                                      

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi