Yuxarı

Ermənilərin kəşfiyyat-təxribat qrupu Azərbaycanın mövqelərinə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib

Bakı. 4 mart. REPORT.AZ/ Martın 4-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində Azərbaycanın mövqelərinə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub. Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib", - deyə məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi