Ermənilərin kəşfiyyat-təxribat qrupu Azərbaycanın mövqelərinə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib

Ermənilərin kəşfiyyat-təxribat qrupu Azərbaycanın mövqelərinə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib "Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib"
Qarabağ
4 Mart , 2016 15:44
Ermənilərin kəşfiyyat-təxribat qrupu Azərbaycanın mövqelərinə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib

Bakı. 4 mart. REPORT.AZ/ Martın 4-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində Azərbaycanın mövqelərinə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub. Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi