Yuxarı
    Bağlamaq

    ​Ermənilərin iki hərbçisi məhv edilib, xeyli sayda yaralıları var

    “Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir”

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Silahlı Qüvvələrin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.

    “Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir”, - məlumatda bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi