Yuxarı

Ermənilərin girov saxladığı azərbaycanlılara "hökm" çıxarılıb

Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Xankəndidə azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı saxta məhkəmə "hökm" çıxarıb.

"Report" Ermənistan KİV-İNə istinadən xəbər verir ki, "məhkəmə" Dilqəm Əsgərovun "ömürlük", Şahbaz Quliyevin isə "22 il" "azadlıqdan məhrum edilməsi" haqda "qərar" çıxarıb.

Xatırladaq ki, Ş.Quliyev və D.Əsgərov iyulun əvvəllərində Ermənistanın işğal etdiyi Kəlbəcər rayonunun ərazisində ermənilər tərəfindən girov götürülüblər. Onlar separatçılar tərəfindən "kəşfiyyat aparmaq, qanunsuz odlu silah gəzdirmək, zorakılıq tətbiq etməklə adam qaçırmaq və adam öldürməkdə" ittiham olunurdular.

Azərbaycan tərəfi həmin məhkəməni qanunsuz hesab edir. Azərbaycan XİN qeyd edib ki, "bu məhkəmə heç bir hüquqi qüvvəyə malik deyil".

"Respublika qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, heç kim Azərbaycan vətəndaşlarına öz ölkəsinin ərazisində sərbəst hərəkət etməyi məhdudlaşdıra və ya qadağa qoya bilməz", - XİN-dən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi