Azərbaycanın Ombudsmanı: "Ermənilərin əsas xüsusiyyəti həqiqətə dözümsüzlükdür"

Azərbaycanın Ombudsmanı: "Ermənilərin əsas xüsusiyyəti həqiqətə dözümsüzlükdür" Müvəkkil: "Ermənilər o dərəcədə quduzlaşıblar ki, öz qapısında oynayan uşağı snayperlə vurub öldürürlər
Qarabağ
10 Aprel , 2015 12:08
Azərbaycanın Ombudsmanı: Ermənilərin əsas xüsusiyyəti həqiqətə dözümsüzlükdür

Bakı. 10 aprel. REPORT.AZ "Ermənilərin qondarma soyqırımla bağlı apardıqları kampaniya sənədlərlə təkzib olunur". "Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Saxta erməni soyqırımı: uydurma və gerçəklik" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Müvəkkilin sözlərinə görə, ermənilərin əsas xüsusiyyəti həqiqətə dözümsüzlükdür: "Hər birimizin borcu saxtakarlığa qarşı səsimizi qaldırmaqdır. Onlar o dərəcədə quduzlaşıblar ki, öz qapısında oynayan uşağı snayperlə vurub öldürürlər. Ermənilər hara gedirlərsə, ora da sahiblənirlər. Ona görə də hər bir ölkədə erməninin nümayəndəsi mütləq var". 

Son xəbərlər

Orphus sistemi