Ermənilərin Azərbaycan hərbçilərinin meyitlərinə qarşı qəddarcasına rəftar etməsi faktları aşkarlanıb

Ermənilərin Azərbaycan hərbçilərinin meyitlərinə qarşı qəddarcasına rəftar etməsi faktları aşkarlanıb Bu faktlar əsasında Azərbaycan Cinayət Məcəlləsinin maddələrinə müvafiq olaraq istintaq araşdırması başlanılıb
Qarabağ
15 Aprel , 2016 12:41
Ermənilərin Azərbaycan hərbçilərinin meyitlərinə qarşı qəddarcasına rəftar etməsi faktları aşkarlanıb

Bakı. 15 aprel. REPORT.AZ/ "Ermənilərin Azərbaycan hərbçilərinin meyitlərinə qarşı qəddarcasına rəftarı ilə bağlı faktlar aşkarlanıb".

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin Vyanada keçirilmiş ATƏT-in Daimi Şurasının 1096-cı iclasında oxunmuş bəyanatında bildirib.

"9 aprel 2016-cı il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi həlak olmuş Azərbaycan hərbçilərinin meyitlərinin Ermənistan tərəfindən alınmasına yardım edib. Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası cəsədlər üzrərində küt alətlərlə zərbə sonrası travmalar, kəllə sümüyünün xəsarət alması, sümük qırılmaları və başqa bu kimi çoxsaylı qəddarcasına rəftar faktları aşkarlayıb", - bəyanatda deyilib.

Bəyanatda o da qeyd olunub ki, bu faktlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq araşdırması başlanılıb.

Bəyanatda vurğulanır ki, genişmiqyaslı hərbi əməliyyatların başlamasına gətirib çıxaran təxribata görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür. "Ermənistanın təxribatı ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan sülh prosesinin pozulmasına yönəlmişdi", - bəyanatda bildirilib.

Son xəbərlər

Orphus sistemi