Ermənilərin atəşi nəticəsində həlak olan nənə və nəvə dəfn edilib

Ermənilərin atəşi nəticəsində həlak olan nənə və nəvə dəfn edilib Onlar Alxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb
Qarabağ
5 İyul , 2017 12:58
Ermənilərin atəşi nəticəsində həlak olan nənə və nəvə dəfn edilib
Report.az

Füzuli. 5 iyul. REPORT.AZ/ Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində həlak olan kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı dəfn olunub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, mərasimdə mərhumların ailə üzvləri ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri də iştirak edib. 

İcra Hakimiyyəti təhlükəsizliyi təmin etmək üçün mərhumların yas mərasimini Alxanlı kəndində deyil, digər qəsəbədə keçirilməsini qərara alıb.

Nənə və nəvə Alxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Hazırda onun səhhəti stabildir. 

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi