Ermənilərin atdığı mərmilərdən biri Qazax sakininin həyətinə düşüb, bir nəfər yaralanıb - FOTO

Ermənilərin atdığı mərmilərdən biri Qazax sakininin həyətinə düşüb, bir nəfər yaralanıb - FOTO Yaralı Qazax rayon Müalicə Diaqnostika mərkəzinə çatdırılıb
Qarabağ
9 Dekabr , 2015 11:18
Ermənilərin atdığı mərmilərdən biri Qazax sakininin həyətinə düşüb, bir nəfər yaralanıb - FOTO

Bakı. 9 dekabr. REPORT.AZ/ Ermənistan silahlı bölmələri Qazax rayonunun cəbhəboyu kəndlərini atəşə tutub. "Report" xəbər verir ki, ermənilərin açdığı atəş nəticəsində rayonun Quşçu Ayrım kənd sakini 16 yaşlı Tural Sadıqov yaralanıb.
Zərərçəkənin yaxınlarının "Report"a verdiyi məlumata görə, qarşı tərəfin atdığı mərmilərdən biri Sadıqovların həyətinə düşüb. Bu zaman həyətdə olan T.Sadıqov əlindən yaralanıb. Yaralı Qazax rayon Müalicə Diaqnostika mərkəzinə çatdırılıb. Əməliyyat olunan T.Sadıqovun vəziyyətini həkimlər kafi qiymətləndirir.
Qeyd edək ki, Ermənistan ordusu son günlər fəallaşaraq daha çox iri çaplı silahlardan yaşayış məntəqələrini atəşə tutur.

Son xəbərlər

Orphus sistemi