Yuxarı
    Bağlamaq

    MN: ​Ermənilər Tərtərin yaşayış məntəqəsini 120 millimetrlik minaatanlardan atəşə tutur

    Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir

    Bakı. 13 may. REPORT.AZ/ Mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlanıb.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

    Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.

    "Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür", - deyə Müdafiə Nazirliyindən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi