Ermənilər Tərtərdəki toy mağarını atəşə tutub: 3 nəfər yaralanıb - FOTO

Ermənilər Tərtərdəki toy mağarını atəşə tutub: 3 nəfər yaralanıb - FOTO Yaralılardan biri azyaşlıdır
Qarabağ
1 Sentyabr , 2015 15:03
Ermənilər Tərtərdəki toy mağarını atəşə tutub: 3 nəfər yaralanıb - FOTO

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanın Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində 3 nəfər yaralanıb.

“Report”un xəbərinə görə, hadisə rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində baş verib.

Belə ki, kənd sakini Barat Süleymanovun övladının kiçik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub. Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi