Yuxarı

Ermənilər Azərbaycanın işğal altındaki ərazilərində yenidən yanğın törədib - FOTO

Tüstü 5-10 kilometr məsafədən aydın görünür

Bakı. 31 May. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində yenidən geniş miqiyaslı yanğın törədiblər.

"Report" xəbər verir ki, Tərtər rayonunun cəbhəyanı kənd sakinlərinin sözlərinə görə, hazırda yanğın törədilmiş ərazidə tüstü müşahidə olunur.

Kənd sakiniərinin sözlərinə görə, ərazilərdə yanğınlar əsasən quru otlaq sahələrini əhatə edir. Tüstü 5-10 kilometr məsafədən aydın görünür. Yanğın qoşunların təmas xəttin doğru hərəkət edir.

Sakinlər bildirir ki, yanğın zamanı ekoloji tarazlıq pozulduğundan ərazilərdə olan heyvanlar, xususi ilə ilanlar cəbhə kəndlərinə üz tutur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi