Yuxarı

Ermənilər Tərtər sakininin avtomobilini atəşə tutub

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib

Bakı. 9 iyul. REPORT.AZ/ Ermənistan ordusu Tərtərin Qapanlı kəndini atəşə tutub. "Report" xəbər verir ki, ermənilərin atdığı güllələr təmas xəttinə yaxın yerləşən evlərə dəyib.

İri çaplı silahlardan atılan güllələrdən bir neçəsi kənd sakini Mübariz Həsənova məxsus "VAZ -2106" markalı avtomobilə dəyib. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, qarşı tərəf cavab atəşi ilə susdurulub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi