Yuxarı
    Bağlamaq

    Müdafiə Nazirliyi: Ermənilər Tərtər rayonu istiqamətində təxribat törətməyi planlaşdırır

    Bütün cəbhə boyu əməliyyat şəraiti və ümumilikdə vəziyyət daim nəzarətimiz altındadır

    Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.  

    Nazirlikdən "Report"a verilən məlumata görə, sənəddə bildirilir ki, görülmüş tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Tərtər rayonu istiqamətində yerləşən bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsini planlaşdırdıqları barədə dəqiq məlumat əldə edilib. Görülən effektiv və önləyici tədbirlər nəticəsində düşmənin bu planı vaxtında aşkar olunub.

    "Müdafiə Nazirliyi bildirir ki, bütün cəbhə boyu əməliyyat şəraiti və ümumilikdə vəziyyət daim nəzarətimiz altındadır. Eyni zamanda xəbərdar edirik ki, düşmənin gələcəkdə də bu cür fəaliyyətinin qarşısı daha sərt şəkildə alınacaq. Görüləcək cavab tədbirləri amansız olacaq və qarşı tərəfin verəcəyi böyük itkilərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşəcək", - bəyanatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi