Yuxarı

Ermənilər sutka ərzində atəşkəs rejimini 90 dəfə pozublar

Erməni silahlı bölmələri iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan istifadə ediblər

BAKI. 25 yanvar. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 90 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex kənlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Əlibəyli, Ağdam kəndlərində, Noyemberyan rayonunun Voskepar, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Mərzili, Şuraabad, Baş Qərvənd, Novruzlu, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Cocuq Mərcanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi