Yuxarı

Ermənilər Şahbaz Quliyevin qardaşının evini atəşə tutub - FOTO

Düşmənin başını ilan başı kimi əzməyə hazırıq

Bakı. 30 iyul. REPORT.AZ/ Erməni silahlı bölmələri Tərtərin Qapanlı kəndini növbəti dəfə atəşə tutub.

"Report" xəbər verir ki, ötən gecə atəşkəsin pozulması nəticəsində mərmilərdən bir neçəsi Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı Natiq Quliyevin evinə dəyib. Mərmilər evin hasarına və dam örtüyünə dəydiyindən xəsarət alan olmayıb.

Natiq Quliyev bildirib ki, düşmən tərəfi Azərbaycan ordusunun cavab atəşindən sonra susub.

Onun sözlərinə görə, kənd sakinləri hər an əldə silah vətənin müdafiəsinə hazırdırlar: "Hər zaman əlimizə silah alıb döyüş meydanına çıxmağa hazırıq. Kənddən heç yerə gedən deyilik. Müharibə olsa, biz ermənilərin başını ilan başı kimi əzməyə hazırıq".

Qeyd edək ki, ötən ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə "azadlıqdan məhrum edilmə cəzasına məhkum" olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi