İnstitut direktoru: "Ermənilər qonşuluq münasibətlərinə mütəmadi olaraq soyqırım, terror, kütləvi qətllərlə zərbə vurublar"

İnstitut direktoru: "Ermənilər qonşuluq münasibətlərinə mütəmadi olaraq soyqırım, terror, kütləvi qətllərlə zərbə vurublar" "Ermənilər tarix boyu başqasının torpaqlarını mənimsəməklə məşğul olublar"
Qarabağ
10 Aprel , 2015 11:14
İnstitut direktoru: Ermənilər qonşuluq münasibətlərinə mütəmadi olaraq soyqırım, terror, kütləvi qətllərlə zərbə vurublar

Bakı. 10 aprel. REPORT.AZ/ "Erməni-azərbaycanlı münasibəti yalnız 1918-ci il soyqırım tarix ilə bağlı deyil, eyni zamanda bu tarix müasir dövrün bir göstəricisidir". Report" xəbər verir ki, bunu AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva "Saxta erməni soyqırımı: uydurma və gerçəklik" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ermənilər tarix boyu Azərbaycan xalqından xoş münasibət görmələrinə baxmayaraq, öz qərəzli mövqelərindən əl çəkməyiblər: "Qonşuluq münasibətlərinə mütəmadi olaraq soyqırım, terror, kütləvi qətllərlə zərbə vurublar. Ermənilər tarix boyu başqasının torpaqlarını mənimsəməklə məşğul olublar".

Son xəbərlər

Orphus sistemi