Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 40 dəfə pozub

Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 40 dəfə pozub Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
Qarabağ
10 Yanvar , 2017 09:10
Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 40 dəfə pozub

Bakı. 10 yanvar. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Ağdam və Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi