Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub

Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub
Qarabağ
21 May , 2016 09:15
Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub

Bakı. 21 may. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi