Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 17 dəfə pozub

Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 17 dəfə pozub Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
Qarabağ
1 Sentyabr , 2016 09:31
Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 17 dəfə pozub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi