Ermənilər Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

Ermənilər Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub Erməni silahlı bölmələri atəşkəs rejimini 13 dəfə pozub
Qarabağ
17 Avqust , 2016 09:22
Ermənilər Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

Bakı. 17 avqust. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan, İcevan rayonunun Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi