Ermənilər Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

Ermənilər Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub Sutka ərzində atəşkəs rejimini 113 dəfə pozulub
Qarabağ
17 Sentyabr , 2015 09:41
Ermənilər Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Mərzili, Cəvahirli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 163 atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi