Yuxarı

​Ermənilər Azərbaycan əsgərini yaralayıb

Müdafiə Nazirliyi: Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir

Bakı. 30 noyabr. REPORT.AZ/ Düşmənlə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

Bu barədə “Report”a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi