Ermənilər atkəşkəs rejimini 47 dəfə pozub

Ermənilər atkəşkəs rejimini 47 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
16 Mart , 2015 09:10
Ermənilər atkəşkəs rejimini 47 dəfə pozub

Bakı. 16 mart. REPORT.AZ/  Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Şirvanlı, Novruzlu, Kəngərli, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi