Ermənilər atəşkəs rejimini 22 dəfə pozub

Ermənilər atəşkəs rejimini 22 dəfə pozub Ermənilər qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə ediblər
Qarabağ
29 Avqust , 2016 09:34
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub

Bakı. 29 avqust. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub. Bu barədə "Report"a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən Azərbaycan mövqeləri atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi