Erməni tərəfi cəbhə xəttində atəşkəs rejimini pozması hallarını intensivləşdirib

Erməni tərəfi cəbhə xəttində atəşkəs rejimini pozması hallarını intensivləşdirib Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
1 Dekabr , 2014 09:52
Erməni tərəfi cəbhə xəttində atəşkəs rejimini pozması hallarını intensivləşdirib

Bakı. 1 dekabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 90 dəfə pozulub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı və Bala Cəfərli kəndlərində yerləşən mövqelərini atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Novruzlu, Şıxlar, Şuraabad, Mərzili, Baş Qərvənd, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi